QHT Şurası 22 xarici layiheni maliyyeleşdirecek
12 İyul 2014 Şənbə 10:58
Qeyri-Hökumet Teşkilatlarına Dövlet Desteyi Şurasının növbeti iclası keçirilib.
Bu gün Azerbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumet Teşkilatlarına Dövlet Desteyi Şurasının növbeti iclası keçirilib.

Şuranın metbuat xidmetinden ANS PRESS-e verilen melumata göre, gündelikde duran meseleler haqqında melumat veren Şura sedri, millet vekili Azay Quliyev qurumun xarici QHT-ler üçün elan etdiyi II qrant müsabiqesinin neticeleri, 2014-cü ilin II rübündeki fealiyyeti ve vetendaş cemiyyeti sektorunda mövcud problemler haqqında danışıb. A.Quliyev öten rüb erzinde Şuranın desteyi ile Azerbaycanın milli maraqlarının müdafiesi istiqametinde bir sıra mühüm beynelxalq tedbirlerin keçirildiyini bildirib.

Şura Katibliyinin icraçı direktoru Feraset Qurbanov qurumun 2014-cü ilin II rübü erzindeki fealiyyetine dair hesabatın Şura üzvlerine teqdim edildiyini bildirerek senedin ayrı-ayrı fesilleri haqqında etraflı melumat verib. F.Qurbanov Azerbaycan Respublikasının qeyri-hökumet teşkilatlarına dövlet desteyi Konsepsiyasında eksini tapan bütün saheler üzre Şuranın 2014-cü ilin II rübü erzinde gördüyü işler haqqında danışıb. Keçen dövr erzinde Şuranın aylıq "Vetendaş cemiyyeti" jurnalının 3 nömresi neşr olunub ki, burda ümumilikde 160-dan çox QHT-nin fealiyyeti, heyata keçirdiyi layihe ve proqramlar haqqında xeber ve müsahibeler verilib, ictimai sektorla bağlı çoxsaylı mövzular işıqlandırılıb.

QHT-lere operativ informasiya desteyi veren www.qhtxeber.az saytı da rüb erzinde fealiyyetini uğurla davam etdirib. Rüb erzinde Şuranın fealiyyeti ve keçirdiyi ayrı-ayrı tedbirler haqqında metbuata 32 press-reliz gönderilib. Eyni zamanda, ölke ictimaiyyeti ve beynelxalq teşkilatlar üçün nezerde tutulan Şuranın struktur bölmeleri, xidmetleri, beynelxalq emekdaşlığı, qrant müsabiqeleri, hesabatlıq ve diger meseleler haqqında melumat neşrleri bu günlerde nefis şekilde çap olunub. 1 noyabr 2013-cü il tarixden "Xezer" televiziyasında efire geden "Cemiyyet" verilişinin 2014-cü ilin 2-ci rübünde 9 buraxılışı yayımlanıb.

Öten rüb erzinde QHT-lerin hesabatlılığının asanlaşdırılması sahesinde bir sıra deyişiklikler heyata keçirilib, müvafiq senedin elektron qaydada qebuluna keçilib, ortaya çıxan problemlerin helli üçün "Maliyye hesabatının teqdim edilmesi üzre metodiki gösteriş" hazırlanaraq teşkilatların ixtiyarına verilib.

17 iyun 2014-cü ilde Şuranın teşkilatçılığı ile QHT-lerin fealiyyetinin qanunvericiliye ve beynelxalq standartlara uyğun şekilde qurulması, onların idareçilik qabiliyyetinin artırılması meqsedi ile Şamaxı şeherinde "QHT-lerin müsbet tecrübesinin tebliği" mövzusunda konfrans keçirilib.

Şuranın 26 may 2014-cü il tarixli iclasında cari ilin II qrant müsabiqesine yekun vurularaq 3 mövzu üzre (2014-cü il belediyye seçkileri ile bağlı seçicilerin maariflendirilmesi ve seçkilerin monitorinqi, menevi ve exlaqi deyerlerin tebliği, ictimai ve sosial sahede innovativ teşebbüslerin desteklenmesi) elektron bazaya daxil olmuş 215 layiheden 127-sinin maliyeleşdirilmesi ile bağlı qerar qebul olunub.

25 iyun 2014-cü ilde Şuranın "Hüquq ve monitorinq" komissiyasının edliyye Nazirliyinin, Merkezi Bankın, ABŞ, Böyük Britaniya, Avropa Birliyi sefirliklerinin, ATeT-in Bakı Layihe elaqelendiricisi, Açıq Cemiyyet İnstitutu-Yardım Fondu, Fridrix Nauman ve Konard Adenauer fondlarının, ABŞ Beynelxalq İnkişaf Agentliyinin nümayendelerinin iştirakı ile genişlendirilmiş iclası keçirilib. Toplantıda QHT qanunvericiliyine edilen son deyişikliklerin tetbiqi ile bağlı komissiyanın gördüyü işler haqqında melumat verilib, toplanmış informasiyalar tehlil edilib ve teklifler paketi hazırlanıb.

Rüb erzinde Şuranın 3 iclası keçirilib ve bir sıra mühüm qerarlar qebul edilib. 5 may 2014-cü ilde Şuranın sifarişi ile hazırlanmiş "Şuşaya Azadlıq - 22 dilde" videoçarxının teqdimat merasimi keçirilib. Toplantıda çıxış edenler Şuşayla bağlı saysız maddi ve menevi irs nümunelerine sahib olmağımızın ermenilerin işğalçılıq siyasetinin ifşasını xeyli asanlaşdırdığını ve bu sahede vetendaş cemiyyetinin üzerine düşen işi ardıcıl şekile heyata keçirmeli olduğunu vurğulayıblar. Eyni zamanda, 9 may 2014-cü ilde Berlinde Şura sedrinin iştirakı ile bu videoçarxın teqdimatı olub.

22 aprel 2014-cü ilde Şuranın ve BMT-nin ölkemizdeki daimi nümayendeliyinin birge teşkilatçılığı ile "Park Inn" hotelinde Beynelxalq Avrasiya Metbuat Fonduna BMT-nin İqtisadi ve Sosial Şurasının yüksek meşveretçi statusunun verilmesine hesr edilmiş teqdimat keçirilerek Azerbaycan QHT-sinin yüksek statusa layiq görülmesinin böyük nailiyyet olduğu vurğulanıb.

Öten illerde olduğu kimi, 2014-cü ilin 2-ci rübünde de Şura beynelxalq teşkilatlarla emekdaşlığa böyük önem verib, müxtelif beynelxalq teşkilatların rehberleri ile mühüm görüşler keçirilib. Şura sedrinin başçılıq etdiyi nümayende heyeti öten rüb erzinde Macarıstan, Danimarka, Litva, Almaniya, Türkiye ve Çexiyada seferlerde olmuş, müvafiq dövletlerin deputatları, QHT temsilçileri, diplomatik korpus nümayendeleri ve diger yerli ictimaiyyet nümayendeleri ile görüşler keçirerek Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesi, ölkemizin mövcud inkişaf seviyyesi, vetendaş cemiyyetinin inkişafı istiqametinde heyata keçirilen dövlet siyaseti ve multikultralizm enenleri haqqında geniş melumat verib.

Şuranın xarici QHT-ler üçün qrant proqramı çerçivesinde desteklediyi layiheler çerçivesinde öten rüb erzinde Azerbaycanın milli menafelerinin müdafiesi istiqametinde mühüm beynelxalq konfrans ve tedbirler de keçirilib. Bele ki, 4 aprel 2014-cü ilde Macarıstanın paytaxtı Budapeştde "İnsan hüquqlarının veziyyeti ve vetendaş cemiyyetlerinin emekdaşlıq imkanları", 11 aprel 2014-cü ilde Litvanın paytaxtı Vilnüsde "Hell edilmemiş münaqişelerinin siyasi tesirleri ve helli perespektivleri ", 3 iyun 2014-cü ilde Şimali Avropanın en qedim ali mektebi olan Vilnüs Universtetinde "Dağlıq Qarabağ problemine geosiyasi perespektivler prizmasından baxış", 12 iyun 2014-cü ilde Britaniyanın Vindzor şeherinde "Qafqaz: Xarici ve daxili qüvvelerin rolu", 9 iyun 2014-cü ilde Çexiyanın paytaxtı Praqada "Azerbaycanın tehlükesizlik siyaseti: regional tehlükesizliyin ve sülhün teminatçısı kimi" mövzularında beynelxalq ekspertlerin, diplomatik korpus nümayendelerinin, parlamentarilerin iştirakı ile konfranslar teşkil edilib.

Şuranın II qrant müsabiqesi çerçivesinde 5 mövzu üzre 15 dövletden 42 layihe teklifi qebul edilib, onlardan 22-si haqqında ekspertler müsbet rey verib.

Hesabat etrafında çıxış eden Şura üzvleri 2014-cü ilin II rübü erzinde görülen işleri qenaetbexş hesab etdiklerini bildirerek, teklif ve reylerini seslendiribler. Şura üzvleri hemçinin 22 xarici ölke QHT-nin layihesinin desteklenmesi ile de bağlı qerar qebul edibler.


DOSTLARINLA PAYLAŞ:

oyunlar