Qax Mərkəzi Rayon Xəstəxanasının baş həkimi iş otağında öldü
12 Aprel 2013 Cümə 12:25
Fərman Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və Zaqatala icra başçısının qardaşı olub.
Qax Mərkəzi Rayon Xəstəxanasının baş həkimi iş başında dünyasını dəyişib. Xəstəxananın baş həkiminin müavini Nəsimi Mustafayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə ötən gün səhər 5 dəqiqəliyindən sonra baş verib.
Onun sözlərinə görə, 71 yaşlı baş həkim Fərman Əhmədzadə uzun müddət ürək xəstəliyindən əziyyət çəkib. Ötən ilin payızında o Almaniyada müalicə edilib. "Deyə-gülə iclasdan çıxıb. O, respublikanın əməkdar həkimi idi. 2011-ci ildə isə prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdi.Evli, iki uşaq atası idi. Baş həkim bu gün dəfn ediləcək".
Qeyd edək ki, F.Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və Zaqatala rayon icra başçısı Mübariz Əhmədzadənin böyük qardaşı olub.
DOSTLARINLA PAYLAŞ: