Ölkə

Qarabağnamə çoxseriyalı filminin çəkilişlərinə başlanılıb

Carçıfilm studiyasında Qarabağnamə çoxseriyalı bədii televiziya filminin çəkilişlərinə başlanılıb.

· Xəbərçi
Qarabağnamə çoxseriyalı filminin çəkilişlərinə başlanılıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov quruluşu əsasında İctimai Televiziyanın “Carçıfilm” studiyasında “Qarabağnamə” çoxseriyalı bədii televiziya filminin çəkilişlərinə başlanılıb.

Rejissorun AzərTAc-a verdiyi məlumata görə, Gənc Tamaşaçılar Teatrı bu il Belarus, İran, Birləşmiş Ərəb Əmirliklərində keçirilən festivallarda uğurla iştirak edib. “Planda nəzərdə tutulan 7 tamaşa təhvil verilib və bundan əlavə 3 tamaşa da hazırlanıb. 2013-cü ildə 8 tamaşa hazırlamağı planlaşdırırıq. Həmçinin iki beynəlxalq layihəmiz var”.

Şərhlər