Qarabağa münaqişəsi regionda xərçəng xəstəliyi rolunu oynayı
04 Aprel 2013 Cümə Axşamı 11:10
PA rəsmisi Elnur Aslanov dünya birliyinin passiv mövqe tutmasının bu münaqişənin həlli üçün maneələr yaratdığını deyib.
Bakıda “Cənubi Qafqazda və ətraf regionlarda geosiyasi situasiyanın formalaşmasında NATO-nun rolu” mövzusunda konfrans keçirilir. APA-nın məlumatına görə, tədbir Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və NATO-nun Azərbaycandakı koordinatoru missiyasını həyata keçirən Rumıniya səfirliyinin təşkilatçılığı ilə keçirilir.
Konfransı açıq élan edən Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov NATO-Azərbaycan əməkdaşlığının zəngin tarixə malik olduğunu deyib. O, Azərbaycanın sülhməramlı hərbi kontingentinin əvvəlcə Kosovoda, indi isə Əfqanıstanda həyata keçirilən NATO missiyalarında aktiv iştirak etdiyini deyib.
Elnur Aslanov Azərbaycanla NATO arasında parlamentlərarası əlaqələrin aktiv inkişaf etdiyini də vurğulayıb. Bu il NATO-Azərbaycan əməkdaşlığının dinamik inkişaf etdiyini deyən Aslanov bildirib ki, ölkəmiz NATO ilə hərbi sahədə islahatların aparılması istiqamətində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Elnur Aslanov qeyd edib ki, münaqişənin hələ də həllini tapmamasının səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir: “Dünya birliyinin passiv mövqe tutması bu münaqişənin həlli üçün maneələr yaradır. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionun inkişafına imkan vermir. Regionda xərçəng xəstəliyi rolunu oynayan bu münaqişə regional inkişafı da ləngidir”.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çobanu Azərbaycanla NATO-nun əməkdaşlığını yüksək qiymətləndirib. Azərbaycanın NATO-nun Əfqanıstandakı kontingenti üçün mühüm tranzit ölkə adlandıran səfir ölkəmizi hərbi-siyasi islahatları aktiv davam etdirməyə, bu sahəni beynəlxalq standartlara uyğunlaşdırmağa çağırıb. Səfir bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: