Rusiyada 47 yaşlı azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov (“Bakinski”) vaxtından əvvəl həbsdən azad olub. “Aznews”un məlumatına görə, “qanuni oğru”nun azad edilməsi barədə qərarı məhkəmə çıxarıb.
Narkotik maddə saxladığına görə həbs edilən “qanuni oğru”nun cəza müddəti azaldılıb ki, bu da Rusiyada Cinayət Məcəlləsində edilən dəyişikliklərlə əlaqədar olub.
Qeyd edək ki, Vaqif Süleymanov 2 il əvvəl də Moskvada saxlanılmışdı. 5 qr heroinlə tutulan “qanuni oğru” 3,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qanuni oğru Vaqif Bakinski azadlığa çıxdı
Qanuni oğru Vaqif Bakinski vaxtından evvel hebsdən azad olub.




Şərhlər