Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda
01 Oktyabr 2013 Çərşənbə Axşamı 21:19
Bilgəhdə müharibə və əmək əlilləri üçün pansionatın yenidənqurmadan sonra açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak edib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Dövlət başçısı pansionatın yenidənqurmadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb, Pansionatda yaradılmış şəraitlə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlət başçısına və xanımına məlumat verib ki, 1964-cü ildən fəaliyyət göstərən pansionatda əsaslı təmir və yenidənqurmadan sonra müharibə və əmək əlillərinin rahat yaşamaları və istirahəti üçün hər cür şərait yaradılıb. Pansionat üçün sahəsi 10687 kvadratmetr olan 165 otaqlı yeni korpus tikilib.
Bildirildi ki, təmirdən əvvəl pansionatda 160-a qədər sakin yaşayırdısa, təmirdən sonra onların sayı 300-ə çatıb.

Daha sonra Prezident İlham Əliyev və xanımı pansionatın sakinləri ilə görüşdülər, çay süfrəsi arxasında söhbət ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar