Prezident Dövlət Əmlak Məsələləri Komitəsinə 4 milyon manat ayırıb
18 İyul 2012 Çərşənbə 19:43
Prezident Azərbaycanda ünvan reyestrinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda ünvan reyestri sisteminin yaradılması çərçivəsində mövcud olan və yeni salınan küçə, prospekt, meydan və digər nəqliyyat infrastrukturu obyektlərində yerləşdirilmək üçün ünvan adlarını və nömrələrini əks etdirən müasir dizaynlı lövhələrin hazırlanması və quraşdırılması ilə əlaqədar işlərin cari ildə başlanmasını təmin etmək üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 4,0 (dörd) milyon manat ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.
DOSTLARINLA PAYLAŞ: