Ölkə

Partiya üzvlüyünə məcbur edənlər 10 min manat cərimə olunacaq

Cinayət Məcəlləsinin 169.1 maddəsinə dəyişiklik müzakirəyə çıxarıla bilər.

· Xəbərçi
Partiya üzvlüyünə məcbur edənlər 10 min manat cərimə olunacaq
Azərbaycanda siyasi partiya üzvlüyünə məcbur etmə ilə bağlı cəzalar sərtləşdirilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 169.1 maddəsinə dəyişiklik müzakirəyə çıxarıla bilər.

Dəyişikliyə əsasən, siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə ilə bağlı cərimələr 5 min manatdan 10 min manata qədər olacaq. Hazırda qüvvədə olan maddəyə görə bununla bağlı min manatdan 3 min manata qədər cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud 2 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Dəyişiklik layihəsinin parlamentin növbəti iclaslarından birində müzakirəyə çıxarılması gözlənilir.

Şərhlər