Oqtay Memmedov Kürdemir Rayon Polis Şöbesi reisi oldu
08 May 2013 Çərşənbə 19:17
Oqtay Memmedov bundan sonra Kürdemir Rayon Polis Şöbesinin reisi vezifesini icra edecek.
Bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Qasımovun tutduğu vəzifədən azad edilərək Kürdəmir Rayon Polis Şöbəsinə rəis təyin olunduğunu iddia edərək məlumatlar yaysalar da, həmin xəbərin həqiqətəuyğun olmadığı üzə çıxıb.
Trend-in əldə etdiyi məlumata görə isə, həmin vəzifəyə təyinat bu gün olub. Belə ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oqtay Məmmədov Kürdəmir Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Trend-in sorğusuna cavab olaraq faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiq edib.
Xatırladaq ki, aprelin ortalarında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Kürdəmir Rayon Polis Şöbənin rəisi vəzifəsində çalışan polkovnik Rasim Əliyev və müavini polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad edilmişdi. Şöbə rəisinin vəzifəsini müvəqqəti olaraq xidmət işləri üzrə müavin polkovnik Həsən Əsədov icra edirdi.
DOSTLARINLA PAYLAŞ: