Ölkede zorlama və zorlamaya cəhd halları azalıb
01 Oktyabr 2013 Çərşənbə Axşamı 10:28
Azalma dinamikası digər müəyyən növ cinayətlərdə də müşahidə olunub.
Azərbaycanda prokurorluq əməkdaşları və hüquq-mühafizə orqanları birgə birgə keçirdiyi əməliyyatlar nəticəsində 2012-ci ildə ölkə üzrə qeydə alınmış cinayətlərin ümumi sayı əvvəlki ilə nisbətən 9,8 faiz azalaraq 21.897 olub. Azərbaycanda zorlama və zorlamaya cəhd 22,1 faiz, quldurluq 13,7 faiz, soyğunçuluq 17,6 faiz, əmlakın oğurlanması cinayətləri isə 15,5 faiz azlıq təşkil edir. Azalma dinamikası digər müəyyən növ cinayətlərə də aid olmaqla 2013-cü ildə də müşahidə olunub.
ANS PRESS-in məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir. Həmçinin bildirilir ki, 2013-cü ilin birinci yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış cinayətlərin sayı 11.953-dən 10.929-a düşub. Soyğunçuluq cinayətlərinin sayı 24,8 faiz (137-dən 103-ə düşüb), oğurluq yolu ilə talama cinayətlərinin sayı 46,7 faiz (152-dən 81-ə düşüb), dövlət əmlakını talama cinayətlərinin sayı isə 17,3 faiz (215-dən 179-a düşüb) azalıb. Belə ki, törədilmiş cinayətlərin 86,9 faizi açılıb.
DOSTLARINLA PAYLAŞ: