Ölkə

Ölkədə ana ölümünün statistikası açıqlandı

Bu ilin 7 ayı ərzində Azərbaycanda doğuş zamanı 15 ana ölümü faktı qeydə alınıb.

· Xəbərçi
Ölkədə ana ölümünün statistikası açıqlandı
Bunu Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva bildirib. L. Seyidəliyevanın sözlərinə görə, 15 faktın hər biri Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılıb.

L. Seyidəliyeva baş verən ana ölümü faktları zamanı günahı olan həkimlərin də cəzasız qalmadığını söyləyib. Şöbənin məsləhətçisi bildirib ki, ana ölümündə həkimin məsuliyyətsizliyi təsdiqlənərsə, həmin həkimlər şiddətli töhmət və işdən azad olunma ilə cəzalandırılırlar.

Şərhlər