Nazirlikdən rekord cərimələr
29 Mart 2013 Cümə 15:44
ETSN-ə iki ay ərzində ətraf mühitlə bağlı cərimələrdən 2 milyon manatdan çox vəsait daxil olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının ətraf mühitin mühafizəsi istiqamətində prinsipial və sərt mövqe nümayiş etdirməsi, qanun pozucularına qarşı qanunamüvafiq tədbirlər görməsi nəticəsində ətraf mühitin qorunması işi xeyli yaxşılaşıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2003-cü ildən bu günədək ETSN-nin ətraf mühitin mühafizəsini həyata keçirən qurumlarının əməkdaşları tərəfindən tərtib edilən akt və protokolların, o cümlədən tətbiq olunan inzibati qaydada cərimələrin və təbiətə vurulan ziyanların sayını göstərən statistika bunu təsdiq edir.

Belə ki, 2003-cü ildə ölkə üzrə ətraf mühitin mühafizəsi istiqamətində qanun pozucularına qarşı ümumilikdə 1697 akt və protokol tərtib olunmuş, cərimələrin ödənilməsi məqsədilə 21 iş məhkəmə orqanlarına göndərilmişdirsə, 2010-cu ildə isə müvafiq olaraq 3034 akt və protokol tərtib edilmiş, 566 iş məhkəmə orqanlarına göndərilmişdir. Nazirlik tərəfindən ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, ekoloji qanun pozucularına qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi nəticəsində 2012-ci ildə 3382 akt və protokol tərtib edilmiş, 716 iş məhkəmə orqanlarına göndərilmiş, 2013-cü ilin iki ayı ərzində isə 578 akt və protokol tərtib edilmiş, 78 iş məhkəmə orqanlarına göndərilmişdir.

Nazirlik tərəfindən həyata keçirilən intensiv mühafizə tədbirləri Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna (ƏMMDF) daxil olan cərimələrin hər il nəzərəçarpacaq dərəcədə artan məbləğində də öz əksini tapmışdır. Əgər 2003-cü ildə Fonda (ƏMMDF) 223 413 manat daxil olmuşdursa, 2006-cı ildə fonda daxilolma 416 858 manat, 2010-cu ildə 1 096 394 manat, 2013-cü ilin yanvar-fevral ayları ərzində isə 2 033 564 manat təşkil etmişdir.

Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna faktiki daxilolmalar (manatla)
2003.......................................223 413,4
2004.......................................567 709,6
2005.......................................343 396,0
2006.......................................416 858,0
2007.......................................455 749,0
2008.......................................1 031 653,0
2009.......................................952 143,0
2010.......................................1 096 394,0
2011.......................................1546 530,75
2012.......................................1 712 987,57
2013Yanvar-Fevral...............2 033 564,89
Yekun..................................... 10 380 399,2


DOSTLARINLA PAYLAŞ:

oyunlar