Nazirlikdə cinayət faktları
07 İyul 2014 Bazar Ertəsi 13:37
Hesablama Palatasının 2014-cü ilin 4 iyul tarixində Kollegiya iclası keçirib.
Hesablama Palatasının 2014-cü ilin 4 iyul tarixində Kollegiya iclası keçirib.

ANS PRESS-in Hesablama Palatasına istinadla verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azəriqaz” İstehsalat Birliyinə dövlət proqramları üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azəriqaz” İstehsalat Birliyinə dövlət proqramları üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair həyata keçirilmiş audit üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində həyata keçirilmiş audit nəticəsində vəzifəli şəxslər tərəfindən ünvanlı dövlət sosial yardımlarının təyini zamanı qanunvericiliyin tələblərinə əməl edilmədən artıq və yardım almaq hüququna malik olmayan şəxslərə əsassız olaraq ödənişlərin aparılması, müavinət işi mövcud olmayan şəxslərə heç bir əsas olmadan sosial müavinətlərin və təqaüdlərin təyini və ödənilməsi, bir sıra hallarda eyni aylar üzrə təkrar ödənişlərin aparılması, birdəfəlik müavinətlərin ödənişi zamanı əsassız olaraq artıq vəsaitlərin verilməsi və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materiallarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi və nəzarət tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.

Kollegiyada bir sıra carı məsələlər də müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar