Müdafiə Nazirliyinin hərbi kollegiyası keçirilib
16 Noyabr 2012 Cümə 14:32
İclasda nazir müavinləri, xidmət rəisləri, qərargah rəisləri və sair şəxslər iştirak ediblər.
Müdafiə Nazirliyinin genişləndirilmiş hərbi kollegiyası keçirilib. İclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, onların müavinləri, qərargah rəisləri, təhsil və hərbi müəssisələrinin rəisləri iştirak ediblər.

Bu barədə məlumat ANS PRESS-ə Müdafiə Nazirliyindən verilib. Kollegiya iclasında Azərbayjan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin 2012-ci ildə hazırlığının yekunları, 2013-cü tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edərək cənab prezident, Ali Baş komandan İlham Əliyevin göstəriş və tövsiyyələrini şəxsi heyətə çatdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar