Müdafiə Nazirliyi sistemində yeni təyinat olub. APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin imzaladığı müvafiq əmrlə Beyləqan korpusunun qərargah rəisi, polkovnik Şəmsəddin Abuşov Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə rəis təyin edilib.
Xatırladaq ki, 2009-cu ilə kimi Təlim Tədris Mərkəzinin rəisi vəzifəsində general-mayor Lənkəran Əliyev çalışıb. 2009-cu ildə L. Əliyev bu vəzifədən uzaqlaşdırıldıqdan sonra indiyə kimi bu vəzifəni Təlim Tədris Mərkəzinin rəis müavini olmuş polkovnik Fikrət İbrahimzadə icra edib.
Müdafie Nazirliyinde yeni teyinat
Polkovnik Şemseddin Abuşov Silahlı Qüvvelerin Telim Tedris Merkezine reis teyin edilib.




Şərhlər