Ölkə

Məktəblilərin Şahinlər yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilib

Bu gün Səbail İcra hakimiyyətinin təşəbbüsü, Daxili Qoşunların, Quba İcra Hakimiyyəti və Çağ Öyrətim şirkətinin birgə layihəsi olan Şahinlər yay istirahət düşərgəsinə məktəblilərin yola salınma mərasimi keçirilib.

· Xəbərçi
Məktəblilərin Şahinlər yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilib
 APA-nın məlumatına görə, bu münasibətlə Sahil bağında tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, ənənə halını almış və artıq yeddinci dəfədir keçirilən düşərgədə Qarabağ müharibəsi əlilləri, veteranları, aztəminatlı ailələr və «SOS Azərbaycan» uşaq kəndində tərbiyə alan 250 yeniyetmə iştirak edəcək.

Ombudsman Elmira Süleymanova isə aztəminatlı uşaqlar üçün bu tip düşərgələrin təşkilinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Düşərgədə iştirak edən uşaqlar xüsusi geyim və forma, lazımi ləvazimatlarla təmin olunub. Hərbiləşmiş düşərgə üçün Daxili Qoşunların zabit və çavuşları təhkim edilib. Uşaqlar üçün məşğələlər hərbi nizamnaməyə uyğun təşkil olunacaq. Düşərgənin mühafizəsi və təhlükəsizlik məsələləri Daxili Qoşunlar tərəfindən həyata keçiriləcək. Uşaqlar Qubanın görməli və tarixi yerlərinə ekskursiyaya çıxacaqlar.

Şərhlər