Ölkə

Mehman Sadıqov şəhid olub

Müddətdən artıq xidmət edən Mehman Sadıqov düşmən gülləsinə tuş gələrək dünyasını dəyişib.

· Xəbərçi
Mehman Sadıqov şəhid olub
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub. APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Baş vermiş atışma nəticəsində ermənilər itki verərək geri çəkiliblər, Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov isə düşmən gülləsinə tuş gələrək şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən əsgərimizin şəhid olması faktını təsdiqləyiblər.

Şərhlər