Bu gün Qaradağ rayonunda yerləşən 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan şəxslər qiyam qaldırıb.
ANS PRESS-in AzNews.az-a istinadən verdiyi məlumata görə, hazırda qiyama qalxan məhkumlarla danışıqlar aparılır və hadisənin böyümədən yatırdılması istənilir.
Əməkdaşımız bildirir ki, bu dəqiqələrdə 12 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məxsus “voronoklar” var. Həmçinin, həbsxananın qarşısına xeyli sayda əli avtomatlı əsgərlər də cəlb edilib.
Əməkdaşımızın əldə etdiyi məlumata görə, həbsxanadakı qiyamın böyüməsi ehtimalını nəzərə alaraq müəssisəyə yeni dəstək qüvvələri göndərilir.
Mehkumlar qiyam qaldırdı
Hazırda qiyama qalxan mehkumlarla danışıqlar aparılır ve hadisenin böyümeden yatırdılması istenilir.




Şərhlər