Masallı rayonunun Boradigah qəsəbəsində qeyri-adi quzu doğulub. Belə ki, 2 gündür dünyaya gələn quzunun bir gözü var. Onun ağzı və dili insanın ağzına və dilinə bənzəyir. Quzunun sahibi 65 yaşlı Yusif Muradov ANS PRESS-ə bildirdi ki, uzun illərdir heyvandarlıqla məşğul olmasına baxmayaraq, bu cür hadisə ilə ilk dəfə qarşılayır.
Onun sözlərinə görə, quzu ayaqları üstündə normal dura bilmir. Amma qidalanması yaxşıdır.
"Quzunun iki gözünün əvəzinə alnın ortasında bir gözü var. Ən qəribəsi odur ki, onun ağzı və dili insanın ağzına və dilinə oxşayır. Amma heyvan normal yeyir",- deyə Yusif Mudarov ANS PRESS-ə bildirib.
Masallıda təpəgöz və dili insan dilinə bənzər quzu doğulub
Hamını heyran qoyan ikigünlük quzunun dili yanaşı, ağzı da insan ağzına oxşayır.




Şərhlər