Mahir Muradov Konstitusiya Məhkəməsinə hakim təyin olunub
16 Oktyabr 2012 Çərşənbə Axşamı 13:33
Mahir Muradov parlament qarşısında and içib.
Bakı şəhərinin Nizami rayonunun prokuroru Mahir Muradovun vəzifəsi dəyişdirilib.

APA-nın məlumatına görə, M. Muradov Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Məlumat verilib ki, bununla bağlı təqdimat Azərbaycan prezidenti tərəfindən edilib.

Müvafiq sənəd Milli Məclisin (MM) müzakirəsinə verilib. MM-də məsələ müzakirə edilib və səsə qoyularaq qəbul olunub. Mahir Muradov parlament qarşısında and içib.

Qeyd edək ki, oktyabrın 8-də prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar