Mağazalardan 310 kq ərzaq malları aşkar olunub
23 İyul 2012 Bazar Ertəsi 21:37
İstifadəyə yararsız ərzaqlar satışdan çıxarılaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin satış mərkəzlərində və iaşə obyektlərində istifadəyə yararsız ərzaq məhsulları ilə bağlı monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Sumqayıt şəhərində Corat qəsəbəsində yerləşən "Dostluq" kafesində, Səbail rayonunda Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsindəki "Dərya balıq evi" və "Bül-Bül" kafelərində saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Sumqayıt şəhərində Corat qəsəbəsindəki "Okean market"də, Səbail rayonunda Salyan şosesi, Şahinbağ yaşayış sahəsində yerləşən "Panorama" kafesində Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi, ev 57 ünvanındakı "Xəzər" kafesində saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.
Sumqayıt şəhərində Corat qəsəbəsindəki "Sahil" kafesində, Səbail rayonunda Salyan şosesindəki "Aqua park" istirahət zonasında, "Eldorado" kafesində və Rövşən Əzizova məxsus kafedə, N.Quliyev küçəsi, ev 57 ünvanında yerləşən "Ailəvi" kafedə normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunub.
Abşeron rayonunda Novxanı qəsəbəsində Vaqif İbrahimova məxsus mağazada, Şəmkir şəhərində 20 Yanvar küçəsində Rəşid Bayraməliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib.
Bərdə rayonunda Zümürxan kəndində Akif Hüseynova məxsus mağazada, Yevlax şəhərində Aran qəsəbəsində Ravil Rəhimova məxsus mağazada, Nizami küçəsində yerləşən "Əli" firma mağazasında saxlama müddəti ötmüş malların satıldığı aşkar edilib.
Ümumilikdə, monitorinqlər zamanı 310 kq-dan çox ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
DOSTLARINLA PAYLAŞ: