Mağazalarda yoxlamalar aparılıb
06 Avqust 2012 Bazar Ertəsi 21:28
Aşkar edilmiş 150 kq yararsız ərzaq malları məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları mağzalarında növbəti yoxlamalarını keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Xətai rayonunda Naximov küçəsində yerləşən "Orxan market"də və Fazil Almazova məxsus mağazada, O.Sabit küçəsi, 1184 ünvanındakı "Yağmur market"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Səbail rayonunda Q.Abbasov küçəsi, ev 44 ünvanında Nailə Cavadovaya məxsus mağazada, Badamdar şosesi, ev 139 ünvanında yerləşən "Kamran market"də, Xətai rayonunda A.Cəlilov küçəsi, 14/16 ünvanında Oktay Mehtiyevə məxsus mağazada, Naxçıvani küçəsi, 13 ünvanında Nobar Əhmədovaya məxsus mağazada, Zığ yolu, Naximov küçəsi, 41 ünvanında Yaqub Quliyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Abşeron rayonunda Fatmai qəsəbəsində "Piramida-Market" MMC-yə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilib.

Ağdaş rayonunda Yuxarı Ləki kəndində Firdovsi Nəbiyevə məxsus mağazada, Güvəkənd kəndində Ehdibar Abdullayevə məxsus mağazada, Ağdam rayonunda Sarıxalı kəndində Surxay Mustafayevə məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 150 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar