Ölkə

Körpüdə təhlükənin səviyyəsi araşdırılır

“Azəryolservis” Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrindəki körpünün vəziyyəti barədə məlumat yayıb.

· Xəbərçi
Körpüdə təhlükənin səviyyəsi araşdırılır
Bakı-Quba yolundakı Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpü avtomobillərin hərəkəti üçün açıqdır. Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, körpü deyilən kimi bağlı olmayıb və hər iki istiqamətdə hərəkət olub. Sadəcə körpüdə qəza yaranıb və hazırda mütəxəssislər hadisə yerinə baxış keçirirlər.

Yaxın saatlarda həmin körpüdə təhlükənin nə səviyyədə olduğu barədə məlumat veriləcək.

Şərhlər