AXCP Gənclər Komitəsinin üzvü Türkel Azərtürk və NİDA Vətəndaş Hərəkatının fəalları - Tural Şəkərli və Məhəmməd Qurbanov iyulun 15-də saxlanılıb Səbayel rayon Polis İdarəsinin 9 saylı polis bölməsinə aparılıb. Gənclər sonradan azad buraxılıb. Bu barədə AXCP Gənclər Təşkilatından Amerikanın Səsinə bildiriblər.
Saxlanmaya səbəb fəalların Fəvvarələr meydanında, “Makdonalds” kafesi yaxınlığında kitab oxumağın ictimailəşdirilməsi məqsədi ilə keçirərkən saxlanılıblar. Onlar sadəcə skameykada oturub kitab oxuyurlarmış və bu aksiya video çəkilirmiş. Bu səbəbdən aksiya meydandakı insanların diqqətini cəlb edib və polis aksiyaçıları saxlayıb.
Polis saxlanmanın və azad edilmənin səbəbləri barədə məlumat verməyib.
Kitab oxuduqlarına görə saxlanıldılar
Polis saxlanmanın və azad edilmənin səbəbləri barədə məlumat verməyib.




Şərhlər