Kenquruya bənzəyən buzov
10 Mart 2013 Bazar 11:43
İnəyin təzə doğulan balasının ön ayaqlarının əyriliyi və xeyli qısa olması çoxlarını çaşdırıb
Göyçayın Mırtı kəndində qəribə bir hadisə baş verib. İnəyin təzə doğulan balasının kenquruya bənzəməsi, ön ayaqlarının əyriliyi və xeyli qısa olması çoxlarını çaşdırıb. Qəribə hadisə Zamiq Hacıyevin təsərrüfatında baş verib. Kənd sakininin sözlərinə görə, adi qaydada ildə bir dəfə bala verən inək bu dəfə qeyri-adi doğuş edib. İndiyədək 14 normal bala verən inək bu dəfə kenquruya bənzər buzov dünyaya gətirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar