Kemaleddin Heyderov Yevlax şeherinde vetendaşları qebul edib
23 Avqust 2013 Cümə 18:41
Kemaleddin Heyderov Yevlax, Mingəçevir və Naftalan, Goranboy, Göyçay, Ucar, Zərdab, Kürdəmir və Ağdaş sakinlərini qəbul edib.
Avqustun 23-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Yevlax şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Göyçay, Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinlərinin qəbulunu keçirib. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 40 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 160, digər məsələlərlə bağlı müraciət etmiş 25 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar