Ölkə

Kəmaləddin Heydərov yenidən zəlzələ bölgəsinə gedib

Nazir Kəmaləddin Heydərov Qax, Zaqatala və Balakəndə aparılan tikinti işlər ilə maraqlanıb, yerli sakinlərlə görüşüb.

· Xəbərçi
Kəmaləddin Heydərov yenidən zəlzələ bölgəsinə gedib
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya səfər edib. APA-nın məlumatına görə, K. Heydərov zəlzələdən zərər çəkmiş Qax, Zaqatala və Balakənin bir neçə kəndində olub, aparılan tikinti işləri ilə maraqlanıb. Nazir həmçinin yerli sakinlərlə görüşərək onların problemləri ilə birbaşa yerində tanış olub.

Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.

Şərhlər