Kalaşnikov gəzdirən gəncəli həsb edildi
07 Mart 2013 Cümə Axşamı 10:35
İsmayıl Hacıyevə silah-sursat satan şəxslər axtarılır.
Gəncə polisi qanunsuz olaraq silah gəzdirən şəxsi saxlayıb. İstintaq həmin silaha məxsus atəş aşmağa yararlı külli-miqdarda döyüş sursatını da müəyyən edib. Gəncə Şəhər Baş Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, qanunsuz silah əldə etməkdə təqsirləndirilən şəxs şəhər sakini İsmayıl Hacıyevdir. Kəpəz rayon Polis İdarəsi əməkdaşları İsmayılı saxlayarkən onun əlindəki torbadan “Kalaşnikov” avtomatı və avtomat darağı ilə birlikdə 21 ədəd atəş açmağa yaralı döyüş sursatını müsadirə ediblər. Polis saxlanılan şəxsin evindən də döyüş sursatı çıxdığını deyir. İstintaqa ifadəsində İsmayıl Hacıyev silah sursatı Şəmkirdəki tanışlarından əldə etdiyini bildirib. Əməliyyat tədbirləri Şəmkirdəki həmin evdən də Kalaşnikov avtomatından atəş açmağa yararlı hesab olunan daha 430-dan çox döyüş sursatını da üzə çıxarıb.
Müstəntiq Sabir Tağızadə bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 228-ci maddəsi başlanıb və İsmayıl Hacıyev həbs qətimkan tədbiri seçilib.
Şəmkirin Sarıtəpə kəndinin sakinləri olduğu güman edilən digər şəxslərin də saxlanılması istiqamətində axtarış tədbirləri davam edir.
DOSTLARINLA PAYLAŞ: