Jurnalistle blogerin "14-cü zon" söhbeti
29 İyul 2013 Bazar Ertəsi 12:55
Ona olan kifayet qeder beynelxalq diqqete baxmayaraq, bu adam günü türmede ağlamaqla keçib.
Jurnalist Eynulla Fətullayev və Emin Milli arasında başlayan söz davasına başqaları da qoşulub. Bir vaxtlar məhbus həyatı yaşamış jurnalist Məhəmmədəli Qəribli Facebook-da iki keçmiş məhbusun davası ilə bağlı status paylaşıb. Musavat.com-un məlumatına görə, o, yazır: “Emin Eynullanın türmədə sındırıldığından danışır. İnsafən, Eynulla türmədə pis "srok" oturmayıb. Düzdür, onun da problemləri olub, ancaq bu "oğru"larla bağlı söhbətlərdi. Bunlar barədə danışmaq istəmirəm. Hər halda, son nəticədə həmin söhbətlərdən də baş çıxara bildi ki, 9-cu "zon"da “srok” çəkmədi.

İndi gələk Emin Millinin necə “srok” çəkməyinə. Ona olan kifayyət qədər beynəlxalq diqqətə baxmayaraq, bu adam günü türmədə ağlamaqla keçib. Prezidendən əfv diləyib sonra çıxıb yekə-yekə danışıb. Ən əsası isə cəza çəkdiyi 14-cü "zon"un karantinində onun əlindən süpürgəni ala bilmirdilər. Türmənin karantində yer süpürməklə isə, Xədicə İsmayılın küçə süpürmək istəməsi arasında atla-eşşək qədər fərq var. Eminə bir daha kiminsə türmədə sındırılması məsələsinə toxunmamağı tövsiyyə edərdim. Əks halda onun 14 məcaralarından yazmağa başlayacam”.

Emin Millinin də cavabı özünü çox gözlətməyib. Onun Məhəmmədəli Qəribliyə Facebook vasitəsilə verdiyi cavabı təqdim edirik: “ Deməli biri yazır ki, Emin Milli 14-cu zonda həyət süpürüb, Prezidentə əfv məktubu ilə müraciyyət edib. Eynulla isə bunu paylaşır.

Bunu etsəydim də belə burda bir problem görməzdim. İnsan Eynulla kimi çox sına bilər içəridə və bundan heç kim sığortalanmayıb. İnsan sadəcə yazıqdır. Ona qəzəblənmək olmaz.

Amma bunlar bilmirlər ki, mən 14-cü zonda heç vaxt olmamışam, heç bir əfv məktubu imzalamamışam. Daha bir yalanlarının üstü açıldı.

Kriminal aləmdə belə yalanlara görə adamın başına çox işlər gələ bilər, çox sular tökülə bilər. Bunlara bu qədər pul verilir, amma oynamaqlarına bax. Bura Sizin üçün AzTV və Eynulla saytları deyil, burda yalan iki dəqiqəyə aşkar olunur və ifşa edilir, bura Facebookdur”.

Deputat Fazil Mustafa isə öz Facebook səhifəsində “DEMOKRATİZM” adlı məqalə paylaşıb. Qarşılıqlı təhqirlərlə müşayiət olunan mübahisəyə münasibət bildirən deputat onların hər ikisini qınayıb: “Bu mübahisəyə qarışmaq istəməzdim. Təbii ki, təhqiramiz status yazan bütün şəxslərin insan olaraq ləyaqət problemi olduğunu düşünürəm və başqalarını sözün gücü ilə mədəni və səviyyəli üslubda tənqid edərək haqsızlığını ortaya qoymağa gücü çatmayanların təfəkkür geriliyinin bir nümunəsidir təhqir...Olsun. Necə deyərlər, bir hədis ifadəsində deyildiyi kimi: “Pis söz sahibinindir!” Jurnalist Eynulla Fətullayevin jurnalist Xədicə İsmayılova və bloqqer Emin Milli tərəfindən təhqir olunmasına yəqin ki, özünün cavab sözü və gücü yetərlidir. Toxunacağım mövzu başqadır. Xədicə İsmayılova yazır ki, Eynulla Fətullayevin yaratdığı saytı oxuyan, müsahibə verən hər kəsin ağlına şübhə ilə yanaşır. Emin Milli isə Eynullanın dostluğunda olanları öz dostluğundan siləcəyi ilə hədələyir.

Bunlar həqiqətənmi bu dünyagörüşlə demokratiya uğrunda mübarizə apardıqlarını iddia edirlər? Modern insan hətta düşmən hesab etdiyi şəxslərin görüşlərini oxumalı, onu müzakirə etməli, nəyin doğru, nəyin yalan olduğunu araşdırmalı, münasibətini ortaya qoymalıdır. Mənim sevmədiyimi oxuyanlar ağılsızdır deyən zehniyyət, mənim sevmədiyim insanla dost olanlar düşməndir, deyə tələffüz edən bir düşüncə sahibinin Hitlerdən fərqi böyükdürmü? İdeolojı xəstəlik, insan natamamlığı gör bir haraya sürükləyir bunları? Düşüncələrində yer alan insan dəyərləndirməsinin yanlış mühakiməsinə də qarışmıram. Sadəcə, özünüzə heç olmazsa, demokrat deməyin, demokratik hərəkatın təmsilçiləri olduğunuzu iddia etməyin. Deyin ki, bu hakimiyyətin düşməniyik, bu rejimi dəyişmək istəyirik. Ancaq gətirmək istədiyimiz sistemin, düşüncə tərzinin demokratiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Somalidə terror əsdirən “Əl-Şahab” qruplaşması var. “Quran”dan başqa bir şey oxuyanı kafir olaraq görürlər. Onlardan fərqiniz nədir? Harasından baxsan, bu yanaşma acınacaqlı bir psixi pozuntudan xəbər verir. Mən xəbər izləyirəm, sayt oxuyuram, Eynulla Fətullayevi də, hətta insan kimi sayğı duymadığım halda Xədicə İsmayılovanı da, Emin Millini də, bir erməni, bir rus, bir yəhudi yazarını da, saytını da oxuyub, problemin qoyuluşunun doğru və ya yanlış olduğunu təhlil edirəm. Başqa ağlı başında olan hər kəs eyni cür davranır, məncə... Yoxsa sənin sevmədiyin şəxsi və ya saytı hamılıqla inkar etməyə səsləyiş faşizm, bolşevizim, xomeynizm, maoizm və başqa yüz cür “izm”dir, ancaq heç bir halda DEMOKRATİZM deyildir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar