"İsmayıl Ömərov bu gün İctimai Televiziyanı qurdu, inkişaf etdirdi və ona uğurlar qazandırdı. Onun yenidən bu kanalda qalmamasının səbəbləri ilə bağlı isə məlumatsızam. Niyə baş direktor olmadı, nə üçün olmadı, bunu bilmirəm". Bu sözləri Moderator.az-a açıqlamasında xalq şairi Zəlimxan Yaqub İsmayıl Ömərovun İctimai televiziyanın baş direktoru vəzifəsindən getməsi faktına münasibət bildirərkən söyləyib.
Zəlimxan Yaqub bildirib ki, İsmayıl Ömərovun dövlətçilik qarşısında böyük xidmətləri olub: "Mən inanıram və gözləyirəm ki, ona yeni vəzifə veriləcək".
İsmayıl Ömərova yeni vəzifə veriləcəyini gözləyirəm
Xalq şairi həmyerlisinin İTV-dəki fəaliyyətini uğurlu sayır.




Şərhlər