"İnterpol" tərəfindən axtarışda olan azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb. ANS PRESS-in "Qruziya onlayn"a istinadla verdiyi məlumata görə, saxlanılan şəsx 1987-ci il təvəllüdlü Ümid Ramazabovdur. O, Gürcütsan-Türkiyə sərhəddini keçməyə cəhd edərkən, "Sapri" keçid məntəqəsində saxlanılıb.
Məlumata görə, Ümid Ramazanov külli miqdarda oğurluq etdiyi üçün axtarışa verilib. Belə ki, gənc sentyabrın 11-də oğurluq məqsədilə girdiyi evdən 200 min manat pul aparıb. Onu 12 müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
İnterpol tərəfindən axtarılan Ümid Ramazanov Gürcüstanda tutuldu
Ümid Ramazanov 200 min manat oğurlamaqda şübheli bilinir.




Şərhlər