İlqar Məmmədovun işindən Avropa Məhkəməsinə şikayət göndərilib
01 Mart 2013 Cümə 15:19
“REAL” hərəkatının sədrinə qarşı Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
“REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində olan məhkəmə qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.
Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib. F. Ağayev bildirib ki, İ. Məmmədovun azadlıq hüququnun , təqsirsizlik prezumpsiyasının pozulması, onun barəsində müdafiəsinin səmərəli təşkilinə şərait yaradılmaması və həbsdə saxlanılması barədə məhkəmə qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət olunub.
Qeyd edək ki, “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
DOSTLARINLA PAYLAŞ: