"İdmançılarımız hazırda Londonda Olimpiya Oyunlarında yarışırlar. Biz onları oraya böyük ümidlərlə göndərmişik və əminəm ki, yaxşı nəticələr olacaq. Artıq birinci medal qazanılıb". Bu sözləri ötən gün Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak edən prezident ilham Əliyev deyib. Dövlət başçısı medalların sayının daha da çox olacağına əmin olduğunu bildirib.
Prezident idmanın bizim cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu bir daha vurğulayıb. "İdmana böyük diqqət göstərilir. Bütün yerlərdə, bütün bölgələrdə olimpiya idman kompleksləri tikilir və hər yeni Olimpiya İdman Kompleksi əvvəlkindən fərqlənir, daha da gözəlliyi, daha böyük funksional cəhəti ilə. Bizdə idman siyasəti yüksək səviyyədə aparılır".
İlham Əliyev: Əminəm ki, Londonda medalların sayı daha çox olacaq
Prezident İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında idmançılarımızın Olimpiadada çıxışları haqda danışıb.




Şərhlər