Heydər Əliyevin həyatı haqqında trilogiya çəkilir
27 İyul 2012 Cümə 14:47
Layihə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanır.
Azərbaycanda ümumilli lider Heydər Əliyev haqqında bədii film çəkilir. Bu barədə məlumatı "Novosti Azərbaycan" yayıb. Filmin adı "Ən sadə soyad"dır. Məlumata görə, film trilogiya olacaq. Birinci hissə 2013-cü ilin mayında (Heydər Əliyevin 90 illiyinə) hazır olacaq.

Çəkilişlər iyul ayının ortalarından "Azərbaycanfilm" kinostudiyasında başlayıb. Lakin bu haqda indi məlumat verilib. Məlumata görə, filmin ssenarisi millət vəkili Elmira Axundovanın "Heydər Əliyev" və "Şəxsiyyət və epoxa" kitabları əsasındadır. Filmin rejissoru Ramiz Fətəliyevdir.

Onun sözlərinə görə, layihə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanır. Trilogiyanın ilk hissəsi Heydər Əliyevin anadan olmasından 1969-cu ilə kimi olan həyatını əhatə edir.

Filmin çəkilişlərində Azərbaycan, Rusiya,Ukrayna və Gürcüstandan olan kinomatoqrafçılar iştirak edirlər. H.Əliyev rolunu 5 aktyor ifa edəcək. Onlar qəhrəmanın həyatının dövlərindən asılı olaraq bir-birini əvəz edəcəklər. H.Əliyevin yaşlı rolunu isə Rusiyalı aktyor Aleksadr Nikitin oynayacaq.

Layihədə iştirak edən digər rusiyalı aktyorlar arasında Konstantin Qluşko və Aleksand Andreenko da var. Eləcədə, Emmanuila Vitorqana və Yuriya Stoyanovanında iştirakı nəzərəd tutulur. Çəkiliş prosesi yarım il çəkəcək. Çəkilişlər Naxşıvan,Moskva,Sankt Peterburq və Riqada aparılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar