Hafiz Hacıyev müxalifət liderlərini ittiham etdi
01 May 2013 Çərşənbə 23:29
Müxalifət liderləri də bəzi inhisarçı məmurlar kimi siyasıtdə monopoliya yaradıblar.
Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev qadın və gənclərlə görüşüb. Partiyadan ANS PRES-ə verilən məlumata görə, görüşdə ilk öncə ölkədə və dünyada baş verən ictimai-siyasi vəziyyət ,seçki ilinde gənclərin və qadınların vəzifələri müzakirə olunub.
Görüşdə çıxış edən Hafiz Hacıyev bu seçkinin digər seçkilərdən fərqlənəcəyini bildirib. O, ölkədə fəaliyyət göstərən bəzi partiyaların inhisarçılığından danışıb: “Baxın onların uğur hesab etdikləri bir fakt var. 20 il müxalifətdə qalmaları.Gəlin görək özünü 20 ildə strukturlaşmış partiya hesab edən bu qurumlar bu illər ərzində hansı nailiyyətlər əldə ediblər? Nailiyyətləri müxalifət düşərgəsində monoroliya yaratmaqdır. Bəli, müxalifət liderləri də bəzi inhisarçı məmurlar kimi siyasıtdə monopoliya yaradıblar. Demokratik quruluş arzulayan və tələb edən zümrələr əvvəlcə oz əməllərində bunu sərgiləməlidirlər ki, doğurdan da onlar demokratdırlar və tələb etməyə haqları çatır. Ancaq mən bu gün Azərbaycanda biznes maraqlarından başqa bir şey güdməyən satqın müxalifətin mövcud olduğunu iddia edirəm və əsasən də gənç nəslin bu yalançı siyasətbazlardan uzaq olmasını tövsiyə edirəm”.
Hafiz Hacıyev siyasi partiyaların güs göstəricisinin seçkilər olduğunu qeyd edib: “Yalnız seçkilərdə müəyyən etmək olar ki,kim hansı gücə malikdir? Biz bu söylədiklərimi nəzərə alıb, iddia olunan gücü qoymalıyıq ortalığa”.
DOSTLARINLA PAYLAŞ: