Güneşli yatağında yeni quyular istismara verilib
07 Avqust 2013 Çərşənbə 19:02
Yatağın işlənməsini həyata keçirən “28 May” NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür.
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, yatağın işlənməsini həyata keçirən “28 May” NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür.

Bu günlərdə “Günəşli” yatağındakı 3-cü özüldən 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu Fasilə Lay Dəstəsindən 2884-2875 metr intervaldan sutkada 35 ton neft, 15000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar