Gülər Əhmədovanın cinayət işi məhkəməyə göndərilib
    25 Sentyabr 2013 Çərşənbə 12:08
    Bu barədə Baş Prokurorluq məlumat verib.
    
                	 
    
         Azərbaycanın sabiq millət vəkilinin cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
DOSTLARINLA PAYLAŞ: