Gələn ay bir Günəş və bir Ay tutulması olacaq
18 Oktyabr 2012 Cümə Axşamı 14:09
Gələn ay bir Günəş və bir qismən Ay tutulması olacaq.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, Günəş tutulması noyabrın 14-də Bakı vaxtı ilə saat 23.39-da baş verəcək və saat 04.44-ə qədər davam edəcək. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən müşahidə edilməyəcək.

Qismən Ay tutulması isə noyabrın 28-də baş verəcək. Saat 16.18-də başlayacaq ay tutulması saat 20.51-də başa çatacaq. Ay tutulması Azərbaycan ərazisindən qismən müşahidə olunacaq.

Qeyd edək ki, bu il ilk qismən Ay tutulması iyun ayının 4-də, ilk Günəş tutulması isə mayın 21-də olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar