Gələn ay Bakıda iki böyük parkinq istifadəyə veriləcək
18 Noyabr 2012 Bazar 15:40
“Azadlıq” meydanında dayanacaq 2000, “Fəvvarələr” meydanındakı isə 500 avtomobillikdir.
Bakı şəhərində avtomobil sıxlığının və tıxaclarının qarşısının alınması məqsədilə ardıcıl tədbirlər görülür. “Azadlıq” və “Fəvvarələr” meydanlarında inşa edilən parkinqlər ilin sonunda istifadəyə veriləcək.
Səbail Rayon İcra Hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, “Azadlıq” meydanında ikimərtəbəli, 2000-dək avtomobil tutumu dayanacağın tikintisi işləri tamamlanmaq üzrədir. Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə tikilən obyektin bu ilin dekabrında istifadəyə verilməsi nəzərdə tutulub.
“Fəvvarələr” meydanında tikilən yeddimərtəbəli 500 avtomobil yerlik dayanacaq xüsusi layihəyə əsasən, həmin əraziyə uyğunlaşdırılaraq inşa olunur. Tikintisinə ötən ilin sonunda başlanılmış dayanacaq cari ilin axırında istifadəyə veriləcək.
DOSTLARINLA PAYLAŞ: