Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq Amerikanın “Kinemetrics“ şirkəti stansiyaların texniki şərtlərini Azərbaycana göndərib. Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktou Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, avqustun sonlarına qədər sualtı seymik stansiyalar ölkəyə gətiriləcək. O vaxta qədər Azərbaycan tərəfi sualtı seysmik stansiyaların quraşdırılması üçün tələb olunan bütün prosedurları həll edəcək. Stansiyalar sentyabr ayında “Ümid”, “Günəşli” və “Bahar” yataqlarında quraşdırlacaq.
Gələn ay Azərbaycana sualtı seymik stansiyalar gətiriləcək
Xəzərdə quraşdırılacaq sualtı seysmik stansiyaların texniki şərtləri Azərbaycana göndərilib.




Şərhlər