Ölkə

Əvəz Zeynallı 9 il həbs cəzası aldı

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.

· Xəbərçi
Əvəz Zeynallı 9 il həbs cəzası aldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

ANS PRESS-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmənin hökmü ilə Ə.Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

Şərhlər