Ət satışı məntəqələrində yoxlamalar
19 Mart 2013 Çərşənbə Axşamı 10:02
3 gün ərzində aparılan yoxlamalar nəticəsində xoşagəlməz hal aşkarlanmayıb.
Novruz bayramı ilə əlaqədar ət bazarına nəzarət gücləndirilib. Artıq 3 gündür ki, baytarlıq xidməti Bakı şəhəri üzrə ət kəsimi və satışı məntəqələrində yoxlamalar aparır.

Reydlərdən biri Nərimanov rayonu ərazisində yerləşən ət kəsimi məntəqəsində olub. Bakı şəhər Baytarlıq Xidmətinin rəisi Şahmar Abdullayevin sözlərinə görə, 3 gün ərzində aparılan yoxlamalar nəticəsində xoşagəlməz hal aşkarlanmayıb.

Hazırda paytaxtda 27 baytar-sanitar ekspertiza mərkəzində laborator müayinələr davam etdirilir.
Ət kəsimi və satışı mənqələrinə yoxlamalar bayram günlərində də davam etdiriləcək.

Onu da deyək ki, Azərbaycan mal və qoyun ətinə olan tələbatı daxili imkanlar hesabına ödəyir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar