Emin Ağalarov 9 uşağı ile küçeye atılan qadına yardım etdi
18 Sentyabr 2013 Çərşənbə 22:29
Bu barədə müğənni Nura Suri özünün facebook səhifəsində məlumat paylaşıb.
Moskvada doqquz uşağı ilə küçəyə atılan qadına azərbaycanlı iş adamı Emin Ağalarov yardım edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni Nura Suri özünün facebook səhifəsində məlumat paylaşıb.
Xatırladaq ki, avqustun 20-də kirayə haqqını ödəyə bilmədiyi üçün ev sahibi tərəfindən küçəyə atılan və orada bir neçə gün gecələməli olan Kəmalə Əliyeva yardım üçün səfirliyə müraciət etsə də heç bir müsbət cavab əldə edə bilməmişdi.
Müğənni Suri məsələ ilə bağlı Emin Ağalarova instagramda müraciət etdikdən sonra iş adamı ona cavab verib və bildirib ki, artıq həmin qadının Azərbaycan vətəndaşı olması təsdiqini tapıb: “Azərbaycan səfirliyi ona kömək etməyə hazırdır, hətta öz hesabına sənədləri əldə etmək üçün Bakıya yola düşməsinə kömək etməyi təklif ediblər. Səfir məsələni şəxsi nəzarətinə götürüb”.
DOSTLARINLA PAYLAŞ: