Elmira Axundovaya səmimi təbrik məktubu
07 Mart 2013 Cümə Axşamı 11:19
Mən Heydər Əliyevin həyat fəaliyyətinin yeni maraqlı faktlarına və təfərrüatlarına heyran qalmışam.
Qartallar dəstə ilə uçmur.
Yeni kitabınıza görə Sizə sağ ol deyirəm, Elmira xanım! Bu kiçik qeydim, heç də, onunla bağlı rəy deyil. Bu daha çox Beynəlxalq Qadınlar bayramı və "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabının 5-ci cildinin işıq üzü görməsi münasibəti ilə Sizə təbrik açıqcasıdır.
İri formatda olmasına baxmayaraq mən bu kitabı birnəfəsə oxudum. Mənə əvvəllər elə gəlirdi ki, uzun illər jurnalist kimi fəaliyyətini işıqlandırdığım Heydər Əliyev barədə çox şey bilirəm. Amma belə deyilmiş. Mən bu heyrətamiz istedadlı insanın həyat fəaliyyətinin yeni maraqlı faktlarına və təfərrüatlarına heyran qalmışam. Mən təsadüfən istedadlı demədim. Çünki belə fikir var ki, siyasət və istedad müxtəlif anlamlardır.
Elmira, Siz, öz kitabınızla, bunu təkzib etdiniz və danılmaz bir gerçəyi təsdiqlədi - istedadlı insan hər şeydə istedadlıdır. Və bunda Sizin böyük xidmətiniz var. Bunu etmək üçün müxtəlif arxivlərdə nə qədər əlləşmək, müxtəlif sənədləri oxumaq, çox sayda insanlarla görüşmək, onların xatirələrini yazmaq, onları açaraq mətnə çevirmək və redaktə etmək lazım gəlib. Nə qədər səyahət etmək lazım gəlib - Moskva, Sankt-Peterburq, Naxçıvan, Gəncə.
Evdə isə insult keçirmiş xəstə ər (Ramiz, biz səni ürəkdən dəstəkləyirik), uşaqlar, nəvələr, həm də ev üçün qadın işi həmişə yetərincədir. Həm də millət vəkili öhdəlikləri var. Elmira Axundovanı heç kimi Milli Məclisə deputat təyin etməyib. Onu xalq seçib. Deməli xalqın buyuruq və göstərişlərini də yerinə yetirmək gərəkdir. Kitab yazmaq üçün yalnız gecə imkan tapılır, həm də o, hamı üçün maraqlı olmalıdır, bu uca insan barədə heç cür təntənəli-quru dillə yazmaq olmaz.
DOSTLARINLA PAYLAŞ: