Əli Abbasov mobil operatorlara göstəriş verdi
04 İyul 2013 Cümə Axşamı 10:56
Avqustun 1-dən nömrələrin daşınma xidməti fəaliyyətə başlayacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin mobil operatorlarına avqustun birindən etibarən nömrələrin daşınması xidmətini tətbiq etmək göstərişini verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib: "Bu barədə qərar ötən gün nazirlik tərəfindən verilib. Mən hesab edirəm ki, ölkənin mobil operatorlarında bunun üçün bütün imkanlar var və onlar təyin olunan müddətədək öz abonentləri üçün nömrələrin daşıma xidmətini tətbiq edə biləcəklər".

Sistem Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinın Məlumat Hesablıama Mərkəzi tərəfindən koordinasiya olunacaq. Xidmətin işə salınması ilə bağlı müqavilələr artıq hər üç mobil operatorla (Bakcell, Azercell и Azerfon) bağlanılıb.

Nömrələrin daşınma xidməti mobil operatorların şəbəkələri daxilində ödənişsiz olacaq.
Xidmət data-kartlar üçün nəzərdə tutlmuş nömrələrə şamil edilməyəcək.
Xidmətdən üç ayda yalnız bir dəfə istifadə etmək mümkün olacaq.

Xatırladaq ki, Azərbaycanda MNP xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. "Daşınan nömrələr" xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar