Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilib
31 Yanvar 2013 Cümə Axşamı 16:27
Polis aksiyaya müdaxilə etməyib.
Bakıda xalq yazıçısı Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yazıçının “Daş yuxular” romanına etiraz əlaməti olaraq Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının üzvləri və bir qrup tələbə Ə. Əylisinin yaşadığı binanın qarşısına toplaşıb.

Onlar “Ölkədən cəhənnəm ol!”, “Erməniyə niyə uydun?!”, “Erməni Əkrəm, çıx ölkədən!” və s. şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları Ə. Əylislinin şəklini, romanın adı yazılan plakatları yandırıblar.

Polis aksiyaya müdaxilə etməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar