Əkin zamanı 2700 il yaşı olan üzük-möhür tapıldı
01 Fevral 2013 Cümə 18:59
Nadir tapıntı Füzuli rayonunda aşkarlanıb.
Füzulidə 2700 il yaşı olan möhür tapılıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, qiymətli tapıntının dəyəri və yaşı Azərbaycan Milli Elmlər Akademiyasında müəyyənləşdirilib. Hazırda həmin möhür Füzuli rayon tarix-diyarşünaslıq muzeyinin Bala Bəhmənli kənd filialında sərgilənir. Yerli sakinlər tərəfindən aşkarlanan möhür görünüşünə görə daha çox üzüyə bənzəyir. Möhürün naxışları qabartma üsulu ilə işlənib. Nadir tapıntı əkin işləri zamanı aşkarlanıb. Bu ərazilərdə əkin işləri son illər aparılmağa başlayıb. Xüsusilə ərazidə təmizləmə əməliyyatları aparan ANAMA əkin sahələrini təmizlədikdən sonra əkin-biçin işləri geniş vüsət alıb. Kənd sakinləri ilə yanaşı, elə minaaxtaranlar da o ərəfədə xeyli sayda tarixi tapıntı aşkarlayaraq kənddəki muzeyə təhvil veriblər.



Qeyd edək ki, Bala Bəhmənli kənd muzeyi 2006-cı ildə Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Hazırda burada 500-dən çox eksponat sərgilənir. Bunların yüzdən çoxunun yaşı 3 min ildən artıqdır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar