Əhali gəlirinin 56,5 faizini ərzaq məhsullarına xərcləyib
14 Avqust 2012 Çərşənbə Axşamı 17:38
2012-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri 13.9 faiz artaraq 18.2 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12.3 faiz artaraq 1992.8 manata çatıb.
 Bu barədə  Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, gəlirlərin 63.2 faizi son istehlaka, 8.8 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26.2 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub. Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradıb və bunun nəticəsində ötən ilin yeddi ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.3 faiz artaraq 9.6 milyard manata, pullu xidmətlərin həcmi isə 7.5 faiz çoxalaraq 3.0 milyard manata çatıb. Realizə olunmuş əmtəələrin 56.5 faizini ərzaq məhsulları, 43.5 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 1.1 faiz və 22.8 faiz artıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar