Millət vəkili Fazil Mustafa Ramazan ayının başlandığı ilk gün namaz qılmağa yer tapmayıb. ANS PRESS-in məlumatına görə, hadisə Azərbaycanın rayonlarının birində baş verib. Fazil Mustafa bu barədə öz Facebook səhifəsində yazıb.
"Ötən gün Ramazan ayının başladığı gün bir əyalət qəsəbəsində hamının rahatlıqla oturub araq içdiyini gördüm. Namaz qılmaq üçün yer soruşanda bildirdilər ki, burada məscid yoxdur. Uzun axtarışdan sonra bir evdə namaz qılmağa götürdülər. İndi düşünürəm: hamıdan çox araq içən, hamıdan çox şirniyyat yeyən və bu qədər itkilərin müqabilində Allaha da duasını əsirgəyən, pivəxanalarının sayının bircə faizi qədər ibadət yeri olmayan bir məmləkətin insanları lazım gəlsə, Qarabağı necə qaytaracaqlar?”, - deputat yazıb.
Deputat Fazil Mustafa namaz qılmağa yer tapmayıb
Fazil Mustafa: Uzun axtarışdan sonra bir evdə namaz qılmağa götürdülər.




Şərhlər