Ölkə

Dənizkarı milli parkda maşınlar üçün yol çəkilir

Yol bu ilın mart ayınadək hazır olacaq.

· Xəbərçi
Dənizkarı milli parkda maşınlar üçün yol çəkilir
Dənizkənarı milli parkın kukla teatrının qarşısından olan girişi tamamilə sökülərək daşları yenilənir. Bulvar idarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, sökülən ərazidə bulvar boyu iki xəttin daşları sökülərək ağır yük maşınlarının hərəkəti üçün yol düzəldilir.
N. Məcidov qeyd edib ki, ötən il “Azneft” meydnından kukla teatrınadək olan hissədə iki xəttin daşları dəyişilib. Belə işlər saat qülləsinin yanında da gedir. İşlər dəniz vağzalına qədər davam etdiriləcək.

Hazırda isə bulvar ərazisində zibildaşıyan, su maşını, elektromobillər, qatarlar hərəkət etdiyinə görə onlar üçün xüsusı yolun çəkilməsi qərara alınıb. Yol bu ilın mart ayınadək hazır olacaq.

Şərhlər